Bağlanan universitetlərin tələbələrinin köçürülməsinə nə vaxtdan BAŞLANACAQ?

Bağlanan universitetlərin tələbələrinin köçürülməsinə nə vaxtdan başlanacaq?

Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək.

AzerTaym.az xeber verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib. Onun sözlərinə görə, keçən ilin oktyabr ayında Təfəkkür Universiteti Təhsil Nazirliyinə müraciət edərək universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul edildiyini bildirib.

S.Gözəlov bildirib ki, Qafqaz Universitetinin rəhbərliyi də yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığını və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb.

"Bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali məktəblərə köçürülməsinə köməklik göstərilməsi xahiş edilib. Təfəkkür, Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı müvafiq işçi qruplar yaradılıb".






Fikirlər