Ticarət müqavilələrindən imtina Amerikaya nə vəd edir? – “Orta sinifə kömək ETMƏYƏCƏK”

4f02d515a109163537e4adfb4b1f4bc5

Çox illər ərzində ticarət müqavilələri Amerikan siyasətinin mərkəzində dayanıb. Ticarət müqavilələrinə yenidən baxılması, iş yerlərinin artırılması və ölkə daxilindəki iqtisadi böyümə hesabına ”Amerikanı yenidən qüdrətli etmək” şüarı Donald Trampın Ağ Evə gəlməsinə imkan yaratdı.

Əgər ABŞ-ın hər iki aparıcı partiyasının nümayəndələri keçmişdə bağlanmış ticarət müqavilələrinin Amerikan orta sinfinə zərbələr vurması barəsində nəticələr çıxarırlarsa, onda daha geniş mənada belə bir fikir yaranır ki, Trans Sakit okean əməkdaşlıq müqaviləsi vəziyyəti daha da pisləşdirəcək.

Bir dəfə senator Daniel Moyniheyn qeyd etmişdi ki, siyasi debat iştirakçılarının öz fikirləri olması haqqı vardır, lakin onların öz faktlarının olması haqları yoxdur. Əslində isə ticarətin və qloballaşmanın ABŞ vətəndaşlarının gəlirinə təsiri mübahisəli məsələdir. Onu da deyə bilərik ki, həmin təsir ciddi ola bilər, lakin ABŞ-ın keçmişdəki ticarət müqavilələrinin ölkənin hədsiz kasıblaşmasına gətirib çıxardığı ideyası absurddur. Qloballaşmanın orta sinfin gəlirlərinə və ictimai bərabərsizliyə təsir etməsi məsələləri barəsində debatlar keçirmək gərəkdir.

ABŞ-da idxalatın artması ölkədə iş yerlərinin yerdəyişməsinə gətirib çıxarıb. Bunun nəticəsində də xüsusən həmkarlar təşkilatı olmayan yerlərdə şirkətlər işçilərlə müqavilə şərtlərinin sərtləşdirilməsi imkanı əldə ediblər. İşçilərə qarşı iş yerlərinin başqa yerlərə (xarici ölkələrə) köçürüləcəyi kimi təhdidlərdən istifadə edilib.

Daşınmanın qlobal zəncirinin formalaşması Birləşmiş Ştatların istehsal strukturunu dəyişib. Amma ümumiyyətlə isə həmin dəyişiklik texnoloji tərəqqinin təsirinə nisbətən daha azdır. Vəziyyətin bu cür qiymətləndirilməsi müxtəlif araşdırmaların nəticəsinə söykənir. İstehsal sferasında amerikalı işçilərinin proporsiyasının son 75 ildə azalması müşahidə edilir. Bütün bunlarla yanaşı etiraf etmək lazımdır ki, qlobal trendlər və yeni təhqiqatlar göstərir ki, gəlirlərin miqyasına ticarətin göstərdiyi bugünkü təsir, on il öncəyə nisbətdə daha böyükdür.

Digər tərəfdən isə azad ticarət ilə bağlı Şimali Amerika müqaviləsi (NAFTA) Amerikadakı iş yerlərinə və işçilərin gəlirlərinə əhəmiyyətli təsir göstərir və bunun çox sadə izahı var. Belə ki, 40 il bundan qabaq Amerika bazarı tamamilə açıq olmağa başlayıb. Yəni bu hadisə indi mübahisəli sayılan müqavilələr bağlanmamışdan öncə olub. Məsələn, NAFTA müqaviləsi işə salınmamışdan əvvəl ABŞ-da Meksika mallarına qoyulan gömrük tarifi orta hesabla 4% təşkil edib. Çin isə Ümumdünya Ticarət Təşkilatına daxil olmamışdan əvvəl ABŞ-la münasibətlərində daha yaxşı ticarət statusuna malik idi. Koreya ilə azad ticarət müqaviləsi (Korea Free Trade Agreement) bağlanana qədər Koreya mallarına qoyulan tarif çox az – 2,8% olub.

ABŞ-dakı idxalın artmasının səbəbi təkcə ticarət baryerlərinin götürülməsi ilə bağlı deyil. Bunun başlıca səbəbi inkişaf etməkdə olan bazarların həqiqətən də sürətli inkişafı ilə bağlıdır. Onlar öz iqtisadi potensiallarını uğurlu iqtisadi islahatlar və qlobal inteqrasiyanın genişlənməsi sayəsində artırırlar. Hərçənd ki, Amerika ilə bağlanan müqavilələr həmin ölkələrdə islahatların həyata keçirilməsində stimul olub. Amma onların inkişafı ABŞ-la bağlanmış ticarət paktları nəticəsində və həmçinin onun yoxluğunda da baş verəcəkdi.

Əsl həqiqət ondadır ki, Trans Sakit okean əməkdaşlığı müqavilələrindəki debatlar zamanı bunun orta sinfin həyatında böyük əhəmiyyət daşımayacağı heç bir tərəf üçün vacib məsələ sayılmayıb.

Amerikanların qarşılaşdıqları əsl strateji seçim belədir – Ya onların apardıqları siyasət dünyanın yerdə qalan hissəsinin iqtisadi böyüməsi və çiçəklənməsinə yönəlməlidir və ya da ki, Amerika dünyanın yerdə qalan hissəsini qlobal iqtisadi böyümənin ləngiməsi, məhsullara və insanlara baryerlərin yaradılması nəticəsində əmələ gələn təhlükələrdən qorumalıdır.

Əgər mövcud vəziyyəti bu cür qəbul etsək, onda qərarların qəbulu aydınlaşar. Keçmişdəki proteksionizmə qayıdış strategiyası və digər ölkələrin böyüməsinin qarşısını almağa cəhd baş tutmayacaq bir işdir və bu qlobal iqtisadiyyatın spiralının aşağı istiqamətinə gətirib çıxara bilər. Daha düzgün addım isə azad ticarəti dəstəkləməklə yanaşı, ölkə daxilində texniki tərəqqi, ticarət və digər proseslərin verdiyi üstünlüklərdən dalda qalan işçilərə kömək edilməsinin yollarının axtarılmasıdır.

(“The Financial Times”)






Fikirlər