Kremlin ideoloqu rusların Qarabağ planını açıqladı: “RAYONLAR QAYTARILACAQ”

Kremlin ideoloqu rusların Qarabağ planını açıqladı: “Rayonlar qaytarılacaq”

Əminəm ki, Dağlıq Qarabağda tərəfləri müharibəyə ABŞ təhrik edir. Obama dövründə bu istiqamətdə daha aktiv iş aparılırdı.İndi ABŞ-da administrasiya dəyişdi və vəziyyət tədricən yaxşılaşacaq. Bu şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan “Lavrov planı” reallaşacaq”.

Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu hesab olunan məşhur rus millətçisi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Vladimir Duqin deyib.
Duqin hesab edir ki, münaqişənin həlli üçün “Lavrov planı” ən real variantdır: “Bu plana əsasən, Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır. Bundan sonra vəziyyət sakitləşəcək və biz sakit dövr mərhələsinə daxil olacağıq”.
Onun sözlərinə görə, bu plana qarşı yalnız Amerika çıxır.
Əgər Rusiya, Azərbaycan, Ermənistan sülh istiqamətində hərəkət edəcəklərsə, ən yaxın dövrdə normallaşma olacaq. Lakin mən bir neçə partlayışın olacağını da istisna etmirəm”, - deyə Duqin vurğulayıb.

AzerTaym.az






Fikirlər