Tramp Rza Zərrabı tutan prokuroru QOVDU

Tramp Rza Zərrabı tutan prokuroru qovdu

ABŞ-da Barak Obama dövründə vəzifədə olan 46 prokurorun istefası tələb olunub.

"AzerTaym.az" axar.az-a istinadən xəbər verir ki, onların arasında azərbaycanlı milyarder Rza Zərrabı həbs etdirən baş prokuror Prit Bhahara da var.
Onun vəzifədən uzaqlaşdırılması gözlənilməz olub, çünki Bharara bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın ondan vəzifədə qalmaq istədiyini açıqlayıb.
Xatırladaq ki, Rza Zərrab martın 19-da Mayami aeroportundan ABŞ-a girmək istəyərkən FTB agentləri tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq həbs edilib. O, İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaqda, bank saxtakarlığı və çirkli pulların yuyulması cinayətlərinə görə ittiham olunur.






Fikirlər