Ramil Usubov İnterpolun tədbirinə QATILIB

Ramil Usubov İnterpolun tədbirinə qatılıb

Tədbir Əbu-Dabidə keçirilir

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ paytaxtı Əbu-Dabidə işinə başlayan "Təhlükəsizlik üçün birlik" beynəlxalq konfransında iştirak edir.
İstiPress Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadən xəbər verir ki, konfransda həmçinin Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov iştirak edir.
Tədbir İnterpol tərəfindən təşkil edilib və BƏƏ prezidenti şeyx Xəlifə bin Zayed Əl-Nahyanın himayəsi altında keçirilir. Forumda iştirakçılar dünyada təhlükəsizliyin təmin edilməsi, təhlükəsizliyə mümkün hədələrlə mübarizə üçün əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Forum işini martın 30-da başa vuracaq.






Fikirlər