Putinin yanındakı sirli adam kimdir? – Qərb QORXUYA DÜŞDÜ

Putinin yanındakı sirli adam kimdir? – Qərb QORXUYA DÜŞDÜ

Rusiya prezidenti Vladimir Putinin varisi Aleksey Dyumin ola bilər.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, ekspertlər artıq varis planının işə düşdüyü haqda danışırlar.

Qeyd edirlər ki, Dyuminin varis olması məsələsi dəqiqləşir.

Aleksey Dyuminin zəngin karyerası var. 43 yaşının olmasına baxmayaraq, artıq general-leytenantdır. Rusiya Federasiyasının Qəhrəmanı statusuna layiq görülüb, “Vətənə xidmətə görə” III və I dərəcəli medalla təltif olunub. Bununla yanaşı, Suvorov medalı, “Krımın qayıdışı üçün” medal, “Hərbi şücaətə görə” medal və digər dövlət mükafatları alıb.Dumin Putinin ən etibar etdiyi şəxslərdən hesab olunur.Rusiya KİV-i yazır ki, Duminin Putinin varisi olması ehtimalı Qərbi narahat edir. Çünki Qərb “KQB”-nin pokovniki olmuş Putinlə heç kimi müqayisə edə bimirdi və onun gedişini səbirsizliklə gözləyir. Lakin indi üfüqdə general-leytenantın görünməsi onları da qorxuya salıb.

AzerTaym.az






Fikirlər