Sabah hava necə OLACAQ?

Картинки по запросу YAĞIŞ YAĞACAQ HAva haqqında yagış yagacaq gifs

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında müalyim şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 8-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Tibbi- meteoroloji proqnoza görə, aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 1°şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

AzerTaym.az






Fikirlər