Fransada seçki: Marin Le Pen rekord QIRDI

Fransada mayın 7-də keçirilən seçkinin nəticəsi məlumdur.

Cebhe.info Fransa mətbuatına istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyası funksiyasını da yerinə yetirən Daxili İşlər Nazirliyi artıq səslərin 100 faizini sayıb. Nəticələrə əsasən, Emmanuel Makron növbəti dönəmdə ölkəyə rəhbərlik edəcək. O, seçicilərin 66,06 faizinin və ya 20,7 milyonunun səsini alıb.

Makronun rəqibi, Milli Cəbhənin lideri Marin Le Pen 33,94 faiz səs toplayıb. Ona fransızların 10,6 milyonu səs verib. Beləliklə də Milli Cəbhənin tarixində ən çox səs alan lider olub.

Ümumilikdə seçkidə 74,62 faiz seçici iştirak edib, iştirakçıların 6,33 faizi boş bülleten atıb. 2,24 faiz seçici bülleteni isə etibarsız sayılıb.

AzerTaym.az






Fikirlər