“Elçibəyin 27 il bundan öncə dedikləri bir gün HÖKMƏN REALLAŞACAQ”

  Image result for Mirmahmud Mirəlioğlu:

Mirmahmud Mirəlioğlu: “Rusiya nəyin harada, necə olduğunu belə unudacaq”

Dünən Rusiyada keçirilən aksiyalar bu ölkə daxilindəki vəziyyətin nəzərəçarpacaq dərəcədə gərginləşməsinə səbəb olub.

Rusiya daxilində gərginliyin artması rəsmi Moskvanın ölkəmizə yönəlik təzyiqlərini azalda bilərmi?

Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu gün olmasa da, Rusiyanın bir gün öz daxili problemləri səbəbi ilə digər ölkələrə yönəlik təzyiqlərinə son qoyacağına inandığını vurğuladı:

Düzü, indiki halda bunun baş verəcəyini düşünmürəm. Lakin kaş ki, hər şey siz dediyiniz kimi olaydı.

Hesab edirəm ki, gec-tez Rusiyanın Azərbaycana təzyiqi azalacaq. Gün gələcək ki, Əbülfəz Elçibəyin 27 il bundan öncə dedikləri reallığa çevriləcək. Yəni Rusiya nəyin harada, necə olduğunu belə unudacaq. Başı öz daxili poblemlərinə qarışacaq. O zaman Rusiyanın ölkəmizə və digər dövlətlərə yönəlik təzyiqi də təbii ki, azalacaq”.

AzerTaym.az






Fikirlər