Xarici rektor erməni özbaşınalığından DANIŞDI

Картинки по запросу Andris Leitas 

2 yaşlı körpənin öldürülməsi dünyanın harasında, hansı vəziyyətdə baş verməsindən asılı olmayaraq heç bir bəraəti olmayan cinayət faktıdır”.

Bu sözləri Qərb Universitetinin rektoru professor Andris Leitas jurnalistlərə açıqlamasında Ermənistanın azərbaycanlı mülki əhalinin yaşadığı ərazini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın həlak olması faktına münasibət bildirərkən deyib.

Rektor bildirib ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq, beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır:Zəhra da bütün həmyaşıdları kimi böyümək, təhsil almaq, xoşbəxt gələcəyə sahib olmaq hüququna malik idi. İşğal faktı uzandıqca, ədalətsizlik bu cür davam etdikcə, təəssüf ki, qurbanların olması təhlükəsi də qalmaqda davam edəcək. Çox acı doğuran faktdır ki, ermənilərin silahlı hücumları nəticəsində dinc sakinlərin həyatını itirməsi ilk dəfə baş verən hadisə deyil. Dünya birliyi bu məsələdə kəskin, birmənalı mövqe nümayiş etdirməli və Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı tələb etməlidir, regionda sülh yalnız ədalətin bərqarar olunmasından keçir. ”.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

AzerTaym.az






Fikirlər