"ÇAKIR"dan azərbaycanlı MÜĞƏNNİyə DƏSTƏK (FOTO/VİDEO)

"Çakır"dan azərbaycanlı müğənniyə dəstək

Türkiyə istehsalı olan “Kurtlar vadisi” serialında Çakır obrazını canlandıran məşhur aktyor Oktay Kaynarca sosial media vasitəsilə populyarlıq qazanan azərbaycanlı müğənni Çinarə Məlikzadənin videosunu şəxsi “Instagram” hesabında paylaşıb.

Oxu.az xəbər verir ki, o, paylaşımına “Yolu açıq olsun” şərhini yazıb. Ç.Məlikzadə isə cavabında “Dəstəyiniz üçün təşəkkür edirəm” sözlərini qeyd edib.






Fikirlər