İcra başçısı obyektində-FOTOLAR

İcra başçısı obyektində-FOTOLARQubadlı icra başçısı obyektlərinə baş çəkdi

Dövlət məmurunun bizneslə məşğulluğu qanunla qadağan edilsə də bəzi hallarda bunun əksi müşahidə olunur. Hazırda elə dövlət qulluqçuları var ki, onlar əsasən biznes fəaliyyətilə məşğul olur və sahibləndikləri vəzifədən də şəxsi bizneslərini qorumaq, möhkəmləndirmək məqsədilə istifadə edirlər. Elə bu yazı da məhz belə məmurlardan biri – Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov haqqındadır.

XALQ.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Malik İsaqovun Sumqayıt və bakı şəhərlərində onlarla biznes obyektləri var və icra başçısı həmin müəssisələri yaxınları vasitəsilə idarə edir. Özü isə ayda bir neçə dəfə həmin obyektlərə baş çəkərək işlərələ yerindəcə və şəxsən tanış olur. XALQ.AZ-ın əməkdaşı icra başçısının obyektlərinə bu yaxınlarda baş tutan səfəri ilə bağlı eksklüziv fotolar əldə edib və həmin fotoları oxucularımızın diqqətinə çatdırırıq.

Xatırladaq ki, bu fotolar paytaxtın Bayıl qəsəbəsində çəkilib. Belə ki, Qubadlı RİH başçısının adıçəkilən qəsəbədə tikinti materiallarının satışı, plastik pencərə qapı sexi və digər obyektləri fəaliyyət göstərir. Fotolar da məhz onun həmin obyektlərinə növbəti səfəri zamanı çəkilib.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


İcra başçısı obyektində-FOTOLAR
İcra başçısı obyektində-FOTOLAR
İcra başçısı obyektində-FOTOLAR






Fikirlər