Prezidentin qızı lağa qoyuldu: “Atan SİYASƏT ÖYRƏNSİN”

bitmap-img6

ABŞ prezidenti Donald Trampın qızı İvanka sosial şəbəkə istifadəçilərinin lağ hədəfi olub

 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı İvanka uşaq fanatlarından aldığı məktubların fotosunu paylaşaraq “Bu məktubları aldığım üçün çox şad oldum. Həftəsonumun ən maraqlı anı bunları oxumaq oldu” yazıb.
 Lakin istifadəçilər həmin məktubların Donald Tramp tərəfindən yazıldığını iddia edərək prezidentin qızına atmaca atıblar. Məktublardakı bəzi işarələr, xüsusilə dollar nişanı izləyicilərin gözündən yayınmayıb.
 Bütün bunlar isə aşağıdakı şərhlərin yazılmasına səbəb olub:
 “Atanızın rəsmləri çox gözəl görünür!”.
 “İstərdik, atanız siyasəti öyrənməyə vaxt ayırardı, daha sizə belə məktublar yazmazdı”. 
“Vau! Donald Tramp bu qədər vaxtı haradan tapır ki, sizə məktub da yazır”.
 “Atanızın xətti əməllicə düzəlib”.
 “Dollar işarələri. Birinci ailə uşaqlara xəsisliyi qiymətləndirmək vərdişi öyrədib”. 

  






Fikirlər