Jirinovski: “Qripləmiş deputatlar CƏRİMƏLƏNSİN”

Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Dövlət Dumasında maraqlı təkliflə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, deputatların qripə qarşı peyvənd edilməsini istəyib.

Jirinovski peyvənddən boyun qaçırıb, xəstələnən deputatların cəzalandırılmasını vacib sayıb:

“Adi qriplə yanaşı, donuz qripinə qarşı da vaksinlər vurulsun. Qrip olan deputatlar isə cərimələnsin”.






Fikirlər