Məşədi, Dinozavr, Əkibala – Yazıçılarımızın “KLİÇKALARI”
Kulis.az tanınmış yazıçıların ədəbi mühitdə işlənən ayamalarını təqdim edir. Səməd Vurğun - Qağa
Qazax bölgəsində "Böyük" mənasında işlənir. Ədəbi mühitə də sirayət edib. Əli Kərim – Balaca dahi
Unikal şeirlər yazdığına görə deyirdilər İsmayıl Şıxlı – Qoca
Gəncliyindən müdrik və ağır taxtalı olduğu üçün deyirdilər Əliağa Kürçaylı – Qırmızı
Həm qırmızı danışdığı, həm də yanağı qırmızı olub Mirmehdi Seyidzadə - Ağa
Seyid olduğu üçün Hüseyn Arif - Kafir
İsmayıl Şıxlı ən çox işlədirmiş bu sözü. Baqşa adamlara da deyirmiş. Ancaq daha çox Hüseyn Arifə belə müraciət edirmiş. Əkrəm Əylisli - Əkibala
Əzizləmədir Yusif Səmədoğlu – Yuska
Əzizləmədir Ramiz Rövşən - Dinozavr
Özü-özü haqqında işlətmişdi, başqaları da işlədirdi Vaqif Səmədoğlu – Vaqulya
Əzizləmədir Aqil Abbas - Məşədi
Hamıya əl tutduğu üçün deyirlər Kələntər Kələntərli – Dust
Ləzgi olduğu üçün “Dost”u ləhcədə “Dust” kimi tələffüz edirmiş, ona görə dostları ona belə müraciət edirmiş. Vaqif Nəsib – Sarı
Sarıyanız olduğu üçün Vaqif Bayatlı Odər – Yaşıl köynəkli oğlan
Rəsmi iclasların birində mərhum prezident Heydər Əliyev ona belə müraciət etmişdi. Murad Köhnəqala – Murik
Ən yaxın dostları işlədir Rasim Qaraca – Abi
Daha çox gənc AYO üzvləri ona belə müraciət edirdilər. Mirmehdi Ağaoğlu – Seyid
Seyid olduğu üçün Aqşin Yenisey – Akuş
Əzizləmədir. Özü də bu imzayla şeirlər yazıb Rəbiqə Nazimqızı – Rebekka
Əzizləmədir Əlisəmid Kür – Əli
Əzizləmədir Mövlud Mövlud - Dınqış
Uşaqlıqda atası deyirmiş. Ədəbi mühitdə də işlədilirdi Şəhriyar del Gerani – Şako
Əzizləmədir. Kəramət Böyükçöl – Kərəm
Əzizləmədir və qısa olduğu üçün işlənir Qismət – Pamuk
Orxan Pamuku çoz sevdiyi və zahirəmn bir az da ona oxşadığı üçün Cəlil Cavanşir – Toppuş
Zahiri görünüşünə görə Ayxan Ayvaz – Buri
Hekayələr kitabının adıdır. Həm də çörəyi çox yeyir. Buri gürcü dilində çörək deməkdir.