"Reuters": Heydər Əliyev Mərkəzi Tramp və Putindən məşhurdur – FOTO

Dünyanın ən aparıcı xəbər agentliklərindən biri olan “Reuters”in “Redaktorun seçimi” ənənəvi rubrikasında fotoqraf Piter Çiboranın “Adam Bakıda Heydər Əliyev Mərkəzindən çıxır” əsəri birinci yerdə yerləşdirilib.

Daha sonra siyahıda ardıcıl  olaraq Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədlə görüşü, ABŞ prezidenti Donald Trampın hind quşunu əfv etdiyi mərasim, Kiyevdə  etiraz aksiyaları və b. şəkillər yer alıb. 

 

 






Fikirlər