“Bu silahlar toplanmalıdır” - Türkiyədən TƏLƏB

“Bu silahlar toplanmalıdır” - Türkiyədən TƏLƏB

“ABŞ tərəfindən PYD-yə verilən silahlar toplanmalıdır”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə və ABŞ prezidentləri arasındakı son telefon söhbətini şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.Xatırladaq ki, noyabrın 24-də ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər, həmçinin ABŞ-ın YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) silah dəstəyi müzakirə edilib.Telefon söhbətindən sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp YPG-yə artıq silah verilməməsi barədə təlimat verib.Qeyd edək ki, Türkiyə PYD-ni terror təşkilatı kimi tanıyır. ABŞ-ın bu təşkilata hərbi dəstəyi Ankara-Vaşinqton arasında gərginliyin zaman-zaman yüksəlməsinə səbəb olub.

 






Fikirlər