Kadırov Putinə qarşı: Qroznıda yürüş olacaq

Kadırov Putinə qarşı: Qroznıda yürüş olacaqYanvarın 19-da Çeçenistanın paytaxtı Qroznı şəhərində mitinq keçiriləcək.

Axar.az xəbər verir ki, minlərlə insan Fransanın “Şarli Hebdo” nəşrində Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsinə etiraz olaraq yürüş təşkil edəcək.

Çeçenistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, nümayişdə Ramzan Kadırovun iştirakı dəqiqləşməyib. Ancaq aksiyanın təşkilində onun rolu var. Siyasi analitiklər hesab edirlər ki, bu, Putinin Paris yürüşünə adekvat cavabıdır.






Fikirlər