Misir Mərdanovun oğlu müflis oldu - Rizvan Mərdanovun obyekti bağlandı

Misir Mərdanovun oğlu müflis oldu - Rizvan Mərdanovun obyekti bağlandıSabiq təhsil naziri Misir Mərdanovun oğlunun restoranı bağlanıb.

Keçmiş nazirin oğlu Rizvan Mərdanovun paytaxtın ən dəbdəbəli və bahalı restoranlarından olan "Express cafe”si qapadılıb. Bunun səbəbləri açıqlanmır.

Xəbərdə bildirilir ki, restoranın bayır hissəsində təmirə bağlanması ilə bağlı elan vurulub.
Bəzi məlumatlara görə, R.Mərdanov külli-miqdarda borcu olduğuna görə restoranı satmağa məcbur olub. Restoranın kim tərəfindən alındığı da deyilmir.

Bildirək ki, Hüseyn Cavid prospektində yerləşən bu restoran öz bahalılığı və elitar müştəriləri ilə seçilir.


Əldə etdiyimiz məlumata görə, restoranın daimi müştəriləri əsasən oğul Mərdanovun dost-tanışı və yaxın çevrəsi olub(Tia.az).






Fikirlər