“AXC xalqımızın milli sərvətidir” - VÜQAR RƏHİMZADƏ

“AXC xalqımızın milli sərvətidir”

“Bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsi var. Təbii ki, bu təcrübənin əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır”. 

AzerTaym.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O, deyib ki, məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq AXC ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ hesab edilir. 

“Prezident 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu qərar Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq. 

Azərbaycan Xalq Cümhuriyyəti, onun quruculurının şəxsiyyətini daim uca tutulub, xatirələri yad edilib. Ötən illər ərzində orta məktəblərdə, ali məktəb auditoriyalarında, dövlət səviyyəli tədbirlərdə və s. platformalarda Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb, AXC-nin qurucuları böyük ehtiramla yad edilib. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvətidir.    
Hesab edirəm ki, prezidentimiz tərəfindən bu Sərəncamın imzalanması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizdə mühüm mərhələ olan ilk demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoyur”. 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi