20 Yanvar qəhrəmanlıq tarixidir - MATƏM DEYİL

20 Yanvar qəhrəmanlıq tarixidir - MATƏM DEYİL Bəli, bu bir qəhrəmanlıq tarixidir. Azərbaycan türkünün öz müstəqil dövləti uğrunda yazdığı şərəfli və qürurverici tarixi.

Bu tarixi biz toy-bayramla anmalıyıq. Hər millətin keçmişində bu cür möhtəşəm məqamlar olmur.

Azərbaycan türkü də bütün dünyaya meydan oxuyan qocaman bir imperiyanın - SSRİ-nin yıxılmasında müstəsna rol oynayan bir millət kimi mübarizənin ön sıralarında yerini möhkəmlədib ki, bunu da təsdiqləyən ən böyük hadisə məhz 20 Yanvar möhtəşəmliyidir.

Təbii ki, itkilərimiz, şəhid verməyimiz ürəkağrıdandır. Unudulmayacaqlar. Vətən uğrunda canını fəda edən kimsə unudulmayacaq.

Amma bu bir faktdır ki, məhz övladların axan qanı VƏTƏNİN QİDASIDIR…

Biz bu torpağın hər qarışını qanımızla suvarmışıq və suvaracağıq.

20 Yanvar kimi yaxın keçmişi olan millət üçün Qarabağın işğaldan azadlığı suiçimi qədər asandır və asan olacaq.

Bizi irəlidə daha böyük hədəflər gözləyir - Şah Babamızdan miras qalan coğrafiyada Azərbaycan türkünün hənirtisini əbədiləşdirmək…






Fikirlər