Bakı və Ankara QARABAGDA... - İrəvan TƏŞVİŞDƏ

Rusiya geri çəkilir, İrəvan təklənir, Bakı və Ankara Qarabağda... - İrəvan TƏŞVİŞDƏ

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının ləğv edilməsi məsələsi yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, ermənilər Gümrüdəki rus bazasının onların təhlükəsizliyinə zəmanət vermədiyini düşünürlər.
Erməni siyasi şərhçi Aram Amatuni iddia edir ki, Rusiya lazım olan məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına atacaq: “Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini də sual altına qoyur. Təbii ki, düz xətt üzrə bu təhlükə görünmür. Lakin Rusiyanın Suriyada Türkiyənin qabağını açması faktı unudulmamalıdır. Bu kontekstdə Gümrüdəki rus bazası da Türkiyənin Ermənistanı “udması” üçün platforma ola bilər”.
Erməni şərhçi Rusiyanın Azərbaycana silah satdığını, Türkiyə ilə birgə hərəkət etdiyini və ən çətin məqamda Ermənistanın arxasından çəkildiyini deyib.
Əgər Ankara və Bakı Qarabağın azadlığı hərəkatına başlasa, Rusiya onların qarşısından çəkiləcək və Ermənistan meydandan tək qalacaq. Beləliklə, rus bazasının təhlükəsizliyimizin zəmanəti olması sual altındadır”, - deyə o bildirib.

AzerTaym.az






Fikirlər