150 ildən bir baş verən TARİXİ HADİSƏ başladı - CANLI yayım

Bu ilin ilk Ay tutulması “Mavi Ay”ın görünməsi ilə üst-üstə düşəcək.

Axar.az xəbər verir ki, 150 ildən bir müşahidə edilən nadir təbiət hadisəsi bu gün baş verəcək. Bu astronomik hadisənin unikallığı ondan ibarətdir ki, Ay tutulma anında Yerdən ən yaxın məsafədə olacaq. Bu qeyri-adi təbiət hadisəsi ən yaxşı Orta və Şərqi Asiya, İndoneziya, Yeni Zelandiya və Avstraliyadan müşahidə ediləcək.

Bundan əvvəl Ay tutulması ilə “Mavi Ay”ın eyni zamanda görünməsi hadisəsi 1866-cı ildə müşahidə olunub.

Qeyd edək ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

***

Ayın tutulması artıq başladı...

 






Fikirlər