Binəli Yıldırım: “XOCALIDA QƏTİLİAM törədənləri LƏNƏTLƏYİRƏM”
“Xocalıda qətliam törədənləri bir daha lənətləyirəm”. “Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırm hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki farksiyasının genişləndirlmiş toplantısında bildirib. O xatırladıb ki, fevralın 26-da Xocalı qətliamının 26-cı ildönümü tamam olub: "Orada yüzlərlə azərbaycanlı bacı-qardaşımız qətlə yetirilib.Təəssüf ki, dünya, o cümlədən Qərb ikili standartdan əl çəkmir. Hollandiya parlamentində 1915-c i illə bağlı qəbul edilən qərar buna nümunə ola bilər. Əvvəlcə öz tarixlərinə baxsınlar. Tarixdə ən pis dosye bu məsələdə Türkiyəyə qarşı iddia irəli edənlərə aiddir. Bizim tariximizdə müstəmləkə, qətliam yoxdur. Türkiyənin şanlı keçmişini kimsə öz dövlətinin qaranlıq tarixi ilə qarışdırmasın. 1990-cı illərdə Bosniya-Hersoqoviindada baş verənlər yaddaşlarıdan silinməyib”.