Rusiya 4 ölkə ilə müharibəyə BAŞLAYIR – SİYAHI

Rusiya 4 ölkə ilə müharibəyə BAŞLAYIR – SİYAHI

“Rusiya Ukrayna və Baltikyanı ölkələrə qarşı müharibə barədə fikirləşir. Bunun üçün artıq ordunun yerinin dəyişdirilməsinə başlanılıb”.

Publika.az xəbər verir ki, bu haqda öz tədqiqatında ABŞ-ın “Institute for the Study of War” analitik mərkəzi bildirib.

Qeyd edilir ki, Kreml Rusiya-Ukrayna, həmçinin Baltikyanı ölkələrlə (Estoniya, Latviya, Litva –red.) sərhəd boyu bir neçə hərbi bölmə yerləşdirib.

“Ukrayna ilə sərhəddə üç mexanikləşdirilmiş, Baltikyanı regionunda isə yalnız bir desant bölməsi yerləşdirilib. Bu, genişmiqyaslı mexanikləşdirilmiş müdaxilə üçün optimaldır”, - sənəddə deyilir.

Analitiklər ABŞ-ı və müttəfiqləri Rusiyanın hərbi hərəkətlərinin ən ehtimal edilən ssenarilərini öyrənməyə və NATO-nun müttəfiqlərini Rusiya mümkün təcavüzündən müdafiəsi üçün lazımı olan tədbirləri təkrar gözdən keçirməyə çağırıb.

Daha əvvəl Ukrayna KİV-i yazıb ki, Rusiya və Ukrayna arasında qaz müqavilələrinin pozulması vəziyyətin idarəolunmaz hala gəlməsinə, nəticədə, Kiyev və Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.






Fikirlər