MƏTBUAT ŞURASI İdarə Heyətinin yeni tərkibi seçildi - Amaşov SƏDR oldu - SİYAHI

Azərbaycan jurnalistlərinin bu gün keçirilən qurultayında Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.

"AzerTaym.az" xəbər verir ki, qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

Əsas heyət: Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev.

İctimaiyyət nümayəndələri arasında: Vüqar Səfərli, Müşviq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli.

İnternet Portalları: Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.






Fikirlər