BAKInın KRİTİK əks-HÙCUM hazırlığı – “B PLANI” işə DŰŞŰR

“Azərbaycan daha danışıqlardan nəticə gözləmir...”;

Azərbaycan Ordusu bu gün genişmiqyaslı təlimlərə başlayır - əsas hədəf bəllidir; türkiyəli analitik: “Kreml seçimini eləməlidir”; rusiyalı politoloq: “ABŞ-ın Qarabağla bağlı özəl planı var...”

Bu gün - martın 12-də müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında müxtəlif qoşun növləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır. 5 günlük təlimlərə 25 min nəfərlik şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək. Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə silahlanmaya yeni qəbul edilmiş müasir silah sistemləri və vasitələrinin sınağı da həyata keçiriləcək.

*****

“Genişmiqyaslı əks-hücum əməliyyatları”. Qeyd edək ki, hərbi təlimlərlə bağlı bu kimi ifadələr ilk dəfədir işlədilir və açıq-aşkar işğalçı ölkəyə mesajdır. “Yeni Müsavat”ın məlumatına görə, bununla bağlı erməni nəşri Lragir.am saytında getmiş məqalə diqqət çəkir.

Genişmiqyaslı təlimlər ile ilgili görsel sonucu

Nəşr yazıb: “Azərbaycan əvvəllər də hərbi təlimlər keçirib. Lakin indiyədək gətirilən əsaslandırmalar, ifadələr standart xarakter daşıyıb. Deyək ki, keçən ilin noyabrında hərbi təlimlər ”hücum əməliyyatları zamanı birləşmələrin hərtərəfli təchizatı və idarə olunmasında qarşılıqlı uzlaşmanı yoxlamaq" üçün keçirilmişdi. 2017-ci ilin aprelində isə “döyüş şəraitinə yaxın şəraitdə ordunun hazırlığını, qüvvələrin və vasitələrin idarə edilməsinin təşkilinin və qarşıla əlaqələrinin yoxlanılması” məqsədi ilə keçirilmişdi. Görəsən, Azərbaycan indi hansı əks-hücuma hazırlaşır? Azərbaycanın əks-hücum təlimləri o anlama gəlirmi ki, Bakı daha danışıqlardan özü üçün müsbət heç nə gözləmir və “B planı”na hazırlaşır?"

*****

Beləcə, düşmən tərəfdə Azərbaycanın bu gün başlayacaq təlimlərindən dolayı məxsusi bir təlaş var. Bu da əsassız deyil. Birinci ona görə ki, 2016-cı ildəki 4 günlük aprel müharibəsinin ikinci ildönümünə sayılı günlər qalır. 2-5 aprel tarixi isə Ermənistan üçün artıq qara bir təqvimdir. Həmin vaxt blits-hərbi uğura imza atan Azərbaycan Ordusu atəşkəs dövründə işğalçı ordunun özü haqda “məğlubedilməzlik mifi”ni darmadağın edərək, düşmənə ağrılı bir qulaqburması verib, onu ciddi canlı və maddi itkiyə məruz qoyub, öz hərbi üstünlüyünü əyani şəkildə nümayiş etdirib.

Erməni tərəfdəki təlaşın ikinci səbəbi odur ki, 2016-cı ilin aprel müharibəsindən öncə də Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Ümumiyyətlə, bir çox erməni və rusiyalı hərbi ekspertlər əmindirlər ki, belə genişmiqyaslı təlimlər adı altında Azərbaycan həm də münaqişə zonasına böyük miqdarda hərbi qüvvə yerləşdirmək niyyəti güdür. Yəni hərbi təlimin davamının real hərbi əməliyyatlar olması istisna olunmur. Qısası, əsas hədəf - müharibə hazırlıqlarıdır.

Genişmiqyaslı təlimlər ile ilgili görsel sonucu

Azərbaycanın buna haqqı var. 24 ildir davam edən işğal, nəticə verməyən sülh danışıqları, BMT TŞ-nin Qarabağa dair 4 məlum qətnaməsinin kağız üzərində qalması, digər mötəbər beynəlxalq və regional təşkilatların işğalla bağlı qəbul elədiyi və Azərbaycanı dəstəkləyən sənədləri bizə istənilən an, istənilən üsulla ərazilərimizi işğalçı-terrorçu ünsürlərdən təmizləmək hüququ verir. Bu, antiterror əməliyyatı da ola bilər.

Bu xüsusda bəzi siyasi müşahidəçilərə görə, səmərəsiz sülh danışıqlarından bezən Bakının mümkündür ki, Dağlıq Qarabağla bağlı həqiqətən “B planı” var və o, hər an icraya yönələ bilər. Yəni düşmənin əndişəsi boşuna deyil. Söhbət təbii ki, hərbi gücdən istifadədən gedir.

*****

Xatırladaq ki, 2018-ci il girər-girməz, bir sıra ünlü yerli və əcnəbi siyasi, hərbi ekspertlər, bu il genişmiqyaslı hərbi toqquşmanın real olduğu haqda xəbərdarlıq ediblər. “Rus NATO-su” kimi tanınan KTMT Birləşmiş Qərargahının rəisi, general Anatoli Sidorov isə ötən həftəsonu bəyan elədi ki, müharibə Azərbaycan sərhədlərində olarsa, Rusiya ona qarışmayacaq.

Genişmiqyaslı təlimlər Zakir Həsənov ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, rus generalın bəyanatını Vesti.az nəşrinə şərh edən türkiyəli analitik, “Ankara-Moskva” Analitik Mərkəzinin aparıcı eksperti Engin Özer deyib ki, beynəlxalq birlik Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə eləmək hüququnu tanıyır və yaxın zamanda Bakı, şübhəsiz ki, bu yöndə addımlar atacaq.

“Bu zaman Kreml Ermənistanla Azərbaycan və Türkiyə arasında seçim eləməlidir. Moskva buna getməli olacaq, o, öz mövqeyini dəqiqləşdirməlidir. Moskvanın Qarabağ məsələsinə yanaşması isə Qafqazdakı bütün ”dondurulmuş" münaqişələrin həlli yolunu açacaq. Kremlin Azərbaycanla Ermənistan arasında müharibəyə reaksiyası düşünülmüş və ölçülü-biçili geostrateji addım olacaq. Və bundan sonra gündəliyə Ermənistandakı Rusiya bazalarının personalının təhlükəsizliyi gələcək. Bu, mürəkkəb iş olacaq. Ancaq nə olur-olsun, Moskvanın müharibə zamanı sürəkli şəkildə və qeyd-şərtsiz Ermənistanı dəstəkləyəcəyini gözləmək lazım deyil. Nədən ki, Moskvanın son zamanlar üstəlik, Gürcüstan kimi Qərbə inteqrasiya kursu götürmüş Ermənistanla indiki əlaqələri davam etdirmək niyyətinin olmadığını düşünmək üçün böyük optimist olmağa lüzum yoxdur".

*****

Onu da qeyd edək ki, son olaraq ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts Qarabağda müharibə xəbərdarlığı ilə çıxış edib. Yeri gəlmişkən, bəzi iddialara görə, ABŞ-ın Dağlıq Qarabağ ixtilafı ilə bağlı öz həll planı var. Məsələn, rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk bu qənaətdədir (Axar.az).

Genişmiqyaslı təlimlər Zakir Həsənov ile ilgili görsel sonucu

“Jamanak” erməni qəzetinə müsahibəsində ekspert deyib: “Lakin ABŞ hələlik əlindəki kartların heç birini açmaq istəmir. Amerikanın ATƏT-in Minsk Qrupundakı həmsədri Endryu Şefer də ümumilikdə haqlıdır. Dağlıq Qarabağ ixtilafının hərbi həlli yoxdur. Belə ki, müharibə təkcə Qarabağı yox, bütün regionu məhv edəcək. Lakin digər tərəfdən status-kvonun saxlanılmasına da ümid yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunda getdikcə aktivləşir. Bu öz-özlüyündə belə simvolik faktdır. Başqa yandan, Şefer Azərbaycan mətbuatına müsahibəsində çətin qərarların qəbulundan danışır, amma bunun nə olduğunu demir. Bu, kifayət qədər maraqlı məqamdır. Güman ki, ABŞ tərəflərdən hansısa birinə qeyri-rəsmi formada təklif irəli sürür. Aydındır ki, Vaşinqton dondurulmuş prosesi yerindən tərpətmək istəyir”.

Endryu Şefer ile ilgili görsel sonucu

Politoloqun sözlərinə görə, hazırda danışıqlar masasında 2016-cı ilin aprelinə qədər olan sənədlər müzakirə edilir:“Bunu tərəflər də inkar etmir. Bu, Madrid prinsipləridir. Lakin son iki il ərzində tərəflər yeni qərarlara can atırlar. Bu, 2016-cı ildə Vyana və Sankt-Peterburqda, 2017-ci ilin oktyabrında Cenevrədə qəbul edilmiş qərarlardır. İndiki status-kvo ABŞ-dan başqa bütün Minsk Qrupu ölkələrinə sərfəlidir”.

*****

Əlavə edək ki, qarşıdan hərbi əməliyyatlar üçün əlverişli sayılan yaz-yay mövsümü gəlir. Ona kimi isə Rusiya (18 mart), Azərbaycan (11 aprel) və Ermənistan (9 aprel) seçki zolağından tamamilə çıxacaq, sülhün və yaxud müharibənin önündə seçki əngəli (bəhanəsi) götürüləcək. Hərb, yoxsa sülh seçimi isə ən əvvəl İrəvanın üzərindədir. Zaman onun xeyrinə işləmir...   

 AzerTaym.az






Fikirlər