RUS SƏFİRİN QƏTLİNƏ görə daha BİR NƏFƏR saxlanıldı

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlində şübhəli bilinən daha bir şəxs saxlanılıb.

Modern.az xəbər verir ki bu barədə “Habertürk” kanalı məlumat yayıb.

Saxlanılan şəxsin səfirin qatili Mevlut Mərt Altıntaşın “FETÖ” terror təşkilati içərisindəki “böyük qardaşı” kimi tanınan keçmiş BTK (İnformasiya texnologiyaları və rabitə qurumu) işçisi Ş.S. olduğu bildirilir.

Təşkilatın şifrəli əlaqə üçün istifadə etdikləri “ByLock” proqramından istifadə etdiyi müəyyənləşdirilən şübhəlinin sorğuya alındığı bildirilib.

Saxlanılan şəxs eyni zamanda qatilin meyllərini silərək sübutların məhv edilməsində şübhəli bilinir.

Xatırladaq ki, aprelin 2-də Türkiyə məhkəməsi içlərində Fətullah Gülənin də olduğu 8 “FETÖ” terror təşkilatının üzvü barəsində saxlanma qərarı verib.

 






Fikirlər