İşsiz qalan Qərib Məmmədov hardadır?

İşsiz qalan Qərib Məmmədov hardadır?Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunmasından 1 ay keçir.

Dövlət Komitəsinin ləğv edilməsi ilə sədr Qərib Məmmədov başda olmaqla yüzlərlə nəfər işsiz qalıb. amma... Ləğv edilən komitədən azvision.az-a verilən məlumata görə, hazırda bütün kollektiv iş başındadır.

Bildirilib ki, sədr Qərib Məmmədov və işçilər prosedura uyğun olaraq, yəni, Əmək Məcəlləsinin tələblərində göstərilən kimi işdən ayrılacaqlar: “Bildiyiniz kimi işlərin aparılması üçün 2 aya yaxın vaxt verilib. Qanunvericilikdə tənzimlənən qaydada işlər aparılır. Kimlər saxlanılıbsa, onlar işində qalır, digərləri isə qanunvericiliyə uyğun olaraq işindən ayrılıb”.

Həmçinin qeyd edilib ki, Qərib Məmmədov əvvəlki qaydada işə gəlir.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev fevralın 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə komitə ləğv edilib.

Komitənin səlahiyyətləri müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verilib.






Fikirlər