KİVDF 84 jurnalisti mükafatlandırdı

KİVDF 84 jurnalisti mükafatlandırdıPrezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2015-ci il Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini elan edib.

Modern.az-ın məlumatına görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində müsabiqədə 2-ci və 3-cü yerləri tutmuş jurnalistləri mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, budəfəki müsabiqəyə 54 KİV-dən 120 yazı təqdim edilib. Onun sözlərinə görə, Fondun 15 istiqamət üzrə müəyyənləşdirdiyi 90 yerdən 6-sı boş qalıb. Nəticədə 84 qalib seçilib.

Müsabiqənin ekspertləri "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli təqdim olunan yazıların keyfiyyətindən danışaraq, irad və təkliflərini səsləndiriblər.


Daha sonra isə qalib jurnalistlər diplomlarla təltif ediliblər.
Müsabiqədə 1-ci yeri tutmuş jurnalistlərin mükafatlandırılması isə KİVDF-nin sabah “Altun” sarayda keçirəcəyi mərasimdə baş tutacaq.
KİVDF 1-ci yerə 500 AZN, 2-ci yerə 400 AZN, 3-cü yerə 300 AZN mükafat ayırıb.






Fikirlər