TRAMP: Suriyaya atdığımız bütün RAKETLƏR HƏDƏFƏ DƏYİB

Image result for donald trump gif

ABŞ prezidenti Donald Tramp ABŞ rəhbərliyinin Suriya hücumundakı atılan bütün raketlərin hədəfləri dəqiqliklə tapdığını, heç bir mane olmadığını bildirdi.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Floridada vergi islahatı mövzusunda keçirilən toplantıda danışan TrampYüzdən çox raket atdıq və onlardan biri belə səhv hədəfə dəymədi”, – deyə Donald Tramp bildirib. Suriyalı və rus hərbi rəsmilərin açıqlamalarını dəyərləndirən Tramp, ABŞ hərbi rəsmilərinin ona “hər bir raketinin hədəfini tapdığını” söylədiyini bildirdi.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Suriyaya atılan 103 raketin 71-inin Suriya hava müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.

"AzerTaym.az"






Fikirlər