TRAMP ŞİMALİ Koreyaya TƏŞƏKKÜR ETDİ

Tramp Şimali Koreyaya TƏŞƏKKÜR ETDİ

ABŞ prezidenti Donald Tramp KXDR-ə Phunqeridə nüvə poliqonunu bağladığına görə təşəkkür edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Twitter" hesabında yazıb.

"Şimali Koreya elan edib ki, iyunun 12-də keçiriləcək böyük sammit (Trampla KXDR lideri Kim Çen In arasında görüş) ərəfəsində bu ay nüvə poliqonunu bağlayır. Sağ olun, çox ağıllı və alicənab jestdir", - deyə o yazıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası Phunqeridə (KXDR) nüvə poliqonunu bağlamaq qərarına gəlib. Bununla bağlı mərasim mayın 23-25-də keçiriləcək.






Fikirlər