“ELÇİBƏY-80” yazı MÜSABİQƏSİ - 1-ci yerin qalibinə 1500 MANAT VERİLƏCƏK

Related image

Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi Azərbaycan milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə “Elçibəy-80” yazı müsabiqəsi elan edib.
 
Komitədən  verilən məlumata görə, müsabiqədə istənilən şəxs iştirak edə bilər.

Müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilməlidir. Elektron portallarda, saytlarda və ya qəzetdə sonluğunda “Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir” qeydi ilə birlikdə çap edilmiş və ya sayta yerləşdirilmiş yazılar daha sonra münsiflər heyətinə təqdim edilməli və ya [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə 15 iyun 2018-ci ildə başa çatır. Mükafatlandırılma  mərasimi 20 iyun 2018-ci il tarixə nəzərdə tutulur.
 
Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu:
 
I yer üçün 1500 manat

II yer üçün 1000 manat

III yer üçün 500 manat

10 həvəsləndirici yer üçün hərəyə 100 manat
 
Yazı müsabiqəsinin münsiflər heyəti:
 
1. Ədalət Tahirzadə
2. Sabir Rüstəmxanlı
3. Ramiz Rövşən
4. Rüstəm Behrudi
5. Mehriban Vəzir
6. Qulu Məhərrəmli
7. Rauf Arifoğlu
8. Mehman Əliyev
9. Əvəz Zeynallı
10. Cavid İsmayıl
11. Çingiz Özgür

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi