Türkiyədə ən kritik seçki başa çatıb – ƏRDOĞAN UDUR,PARTİYASI SIS İTİRİB...

erdoq

Türkiyədə eyni vaxtda keçirilən prezident və parlament seçkilərində səsvermənin bitib.Yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

Səsvermənin bitməsinə təxminən iki saat qalmış Adil Gürün ictimai rəyi öyrənmə şirkəti keçirdiyi rəy sorğularının nəticələrini açıqlayıb. Bu şirkət ötən seçkilərdə nəticələri ən düzgün təxmin etməsi ilə tanınırdı.

Rəy sorğularının nəticələrinə görə prezident Rəcəb Tayyib Ərdoğan səslərin 53.5 faizini qazanaraq ilk turda yenidən prezident seçiləcək. Lakin onun partiyası parlamentdə çoxluğu əldən verəcək. AKP-nin 45.4 faiz səs yığması gözlənilir.

Buna baxmayaraq AKP blok halında seçkilərə qatıldığı “Cümhur ittifaqı” iləparlamentdə üstünlüyü saxlaya bilər. Bu blokda AKP-nin müttəfiqi MHP yer alır.

Rəy sorğuları 7 coğrafi bölgəsində, 5 minə yaxın şəxsin arasında keçirilib.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir. Prezident seçkilərinə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Prezident seçkilərinin birinci turunda namizədlərdən hər hansı biri qalib gəlmək üçün seçicilərin 50%-dən artıq səs toplamalıdır. Namizədlərdən heç biri 50%-dən artıq səs toplamasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda yarışacaq.

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə – HÜDA Partiyası, Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi