GƏNCƏNİN BAŞÇISI ağır YARALANIB (Yenilənib-3)

Bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanadadır.

AzerTaym.az Report-a istinadən xəbər verir ki, icra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
22:21
Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.
AzerTaym.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan şəxs olduğu bildirilir.
Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.
FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
22:15
Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub. Həmin şəxs artıq həbs edilib.
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.
***
AzerTaym.az apa-ya istinadən xəbər ki, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan silahlı şəxs hücum edib.
Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.
Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.
Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.
21:51
Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.
AzerTaym.az  oxu.az-a istinadən xəbər verir ki, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.
Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.
Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. 






Fikirlər