Akif Aşırlı: MEHRİBAN ƏLİYEVA Azərbaycan cəmiyyətində KİMSƏSİZLƏRİN HİMAYƏÇİSİ kimi tanınır

Akif Aşırlı: Mehriban Əliyeva Azərbaycan cəmiyyətində kimsəsizlərin himayəçisi kimi tanınır

“Mehriban Əliyeva əsl Azərbaycan xanımı və Azərbaycan ziyalısıdır. Onun tərbiyə aldığı ailənin Azərbaycan dövlətçiliyinə, ədəbiyyatına, mədəniyyətinə, xüsusən jurnalistika tariximizə böyük xidmətləri olub. O ailənin övladının bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti olması çox xoş haldır”.

Bu sözləri Publika.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

A.Aşırlı bildirib ki, Mehriban Əliyeva Azərbaycan mədəni irsini dünyaya təqdim edir, muğamlarımıza böyük diqqətlə yanaşır, xalçaçılığımız inkişafında, tarixi abidələrimizin mühafizəsində dəstək olur, ədəbiyyatımıza diqqətlə yanaşır: “Mehriban Əliyeva Azərbaycanı xarici ölkələrdə yüksək səviyyədə təmsil edir. O, gözəl nitq qabiliyyətinə malik olan diplomat xanımlarımızdan biridir. Mehriban xanımın Azərbaycan xalqına verəcəyi töhfələr çoxdur və biz onu gözləyirik. Onun atdığı hər bir addım həm humanizm, həm insani, həm də tarixi, milli dəyərlərimizi qorumaq baxımdan çox əhəmiyyətlidir”.

Mehriban Əliyevanın xüsusən gənclərə böyük dəstək göstərdiyini deyən A.Aşırlı Birinci vitse-prezident təyin olunandan sonra ətrafına topladığı komandanın əksəriyyəti gənclər və intellektuallardan ibarət olduğunu bildirib:

“Onun komandası Azərbaycan cəmiyyətində xüsusi rəğbət oyadır. Həmin gənclərin hər biri dəyərlərimizə sahib insanlardır. Bütün bunlar Azərbaycan dövlətinin inkişafı üçün gərəkli və lazımdır”.

Baş redaktor bildirib ki, Mehriban Əliyevanın fəaliyyəti çoxsahəlidir, onun atdığı addımlar nəinki Azərbaycanda, xarici ölkələrdə də çox yüksək qiymətləndirilir: “O, Azərbaycanın təhsili, mədəniyyəti, ədəbiyyatının inkişafı ilə bağlı çox böyük layihələrə imza atıb. Mehriban Əliyeva Azərbaycan cəmiyyətində kimsəsizlərin himayəçisi kimi tanınır, hörmət qazanır. Sosial problemləri olan, sağlamlığının bərpası üçün maddi imkanı olmayan insanlara xoş ovqat bağışlayan, onlara daim diqqət göstərən bir xanımdır. Azərbaycanın dövlət, ictimai xadimlərinin, ziyalılarımızın, yazıçılarımızın, böyük sənətkarlarımızın ən çətin anlarında onların müalicəsinə dəstək olmaqla Mehriban Əliyeva hər kəs üçün bir örnəkdir. Mehriban xanımın hər iki valideyni ziyalı ailənin yetirməsidir. O ailənin dəyərləri Meriban Əliyevanın qanına hopub. Onun gördüyü işlər geniş ölçülü və milli dəyərlərə, kökümüzə söykənir. Hər bir işində bir millilik var. Mehriban Əliyeva həm də gözəl anadır və ölkəmizə layiq övladlar böyüdür. Mehriban Əliyeva kimi örnəklər özünün yeni inkişaf modelini seçmiş Azərbaycan üçün çox gərəklidir”.






Fikirlər