İsrailə zərbələr endirmək lazımdır - Rusiyadan ŞOK ÇAĞIRIŞ

İsrailə zərbələr endirmək lazımdır - Rusiyadan ŞOK ÇAĞIRIŞ

Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasını provokasiya etdiyi üçün İsrailə zərbə vurmaq lazımdır.

Publika.az xəbər verir ki, bu haqda “Danışır Moskva”radiostansiyasının efirində Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədrinin birinci müavini Aleksandr Şerin bildirib.

“Mən “Bastion”, “S-400” və “İskəndər” sistemlərinin necə real işlədiyini göstərməyə çağırıram”, - Şerin vurğulayıb.

Rusiyalı deputat hadisəyə görə İsrail hərbçilərini ittiham etmiş Rusiyanın Müdafiə Nazirliyinin mövqeyi ilə razılaşıb. O, vurğulayıb ki, öz hərbi qulluqçularının həlak olması halında İsrail Fələstin ərazisində hər hansı kəndin bir neçə küçəsi və ya bir neçə evi dağıda bilər.

“Biz bütün dünyanı elə öyrəşdirdik ki, Rusiya belə ölçülərə getməyəcək”, - Şerin yekunlaşdırıb.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi