Elmar Vəliyevin OĞLU daha bir VƏZİFƏSİNİ İTİRDİ

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Elmir Vəliyev hazırda  "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.
Məsələ ilə bağlı Unikal.org Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovla əlaqə saxlayıb. İdarə sədri bildirib ki, Elmir Vəliyev "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.
Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri seçilmişdi.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi