"ERMƏNİSTAN 25 İLLİK danışıqların üstündən XƏTT ÇƏKİR" - POLİTOLOQ

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Milanda görüşəcəklər. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Qeyd edək ki, daa öncə də xarici işlər nazirlərinin görüşü olmuşdu. Bu görüşdə Dağlı Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa müsbət irəliləyiş gözləmək olarmı?
 Məsələni Qaynarinfo-ya şərh edən politoloq Qabil Hüseynlibildirib ki, Ermənistan tərəfi hər cür bəhanə ilə danışıqların vaxtını uzatmağa çalışır, bu baxımdan bu görüş də əvvəlki tanışlıq görüşünün davamına bənzəyir:
"Zənnimcə Ermənistan tərəfinin diqqəti əsasən daxili problemlərə yönəlib. O sarıdan da xarici məsələlərə, ilk növbədə Dağlıq Qarabağ probleminə ya az diqqət yetirilir, ya da bu işi ləngitmək üçün müxtəlif siyasi manevrlər edirlər. Xarici işlər nazirləri BMT Baş Assambleyasının iclasında da görüşdülər. O görüşü gah tanışlıq görüşü adlandırdılar, gah bir-birlərini test etmək məqsədi daşıyan görüş adlandırdılar və beləliklə də sanki bu görüşdə öz üzərlərinə düşən missiyadan imtina edirlərmiş kimi davrandılar. Hətta Ermənistan xarici işlər naziri o zaman bəyan etdi ki, hələ ciddi müzakirələrin aparılmasına, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü üçün sənədlərin hazırlanması məqamına gəlib çatmayıblar. İndiki görüş üçün də mən o qədər nikbin deyiləm. Qorxuram ki, görüş diplomatiya ilə deyildiyi kimi nəzakət görüşünə, tanışlıq prosesinin davamına oxşasın. Çünki Ermənistan tərəfi hələ danışıqlar məsələsinə aid özünün dəsti-xəttini, özünün ideologiyasını işləyib hazırlamayıb və ya bu ideologiya əvvəlcədən var, sadəcə olaraq elə görüntü yaradırlar ki, guya indiyə kimi aparılan danışıqlar düzgün müstəvidə həyata keçirilməyib və bu görüşə Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmilərinin qatılmaması ən böyük səhvlərdən biridir". 
 
Politoloq əlavə edib ki, Ermənistan danışıqlara Qondarma Dağlı Qarabağı da tərəf kimi daxil etməyə çalışır ki, bu da 25 illik danışıqlar prosesinin üstündən xətt çəkməkdir:
"Bəzən Paşinyanın fikrini tez-tez təkrarlayırlar ki, bəs danışıqlar Qondarma Dağlıq Qarabağ rejimi ilə aparılmalıdır, çünki bu prosesi yaradan da, idarə edən də, aparan da onlardır. Bu baxımdan irəli sürülən iddialar aparılan 25 illik danışıqların üstündən xətt çəkir, danışıqlar prosesinə destruktivlik gətirir və danışıqlara 0-dan başlanılmalıdır kimi bir əhval-ruhiyyə yaranır. Amma ATƏT-in Mins qrupu, ATƏT-in özü çalışır ki, danışıqlar prosesini substantiv, intensiv prosesə çevirsin və hansısa nəticələrə nail olunsun. Ermənistan tərəfi isə manevrlərini davam etdirir və danışıqları uzatmaq taktikasını həyata keçirir. Hələ də onlar danışıq prosesinə Qondarma Dağlıq Qarabağın cəlb edilməsi kimi axmaq fikirdən əl çəkmirlər.
Bir də ki, danışıqlar prosesinə başlayan kimi birinci hər şeyi Dağlıq Qarabağın statusu məsələsindən başlamaq ənənəsi bu gün Paşinyan hakimiyyətinin də taktikasında özünü göstərir. Yeni rejim öz sələflərinə nisbətən daha millətçi, daha destruktiv xarakterli siyasət aparır. Belə desək yeni əsassız iddialarla çıxış edərək Azərbaycan tərəfini kompromisə sövq edən çağırışlarla danışıqlar prosesinə maneçilik yaratmağa çalışırlar. 
Bunlarda işğalçılıq etdiklərinə görə heç bir utanc hissi yoxdur. Əksinə Ermənistan və onun diplomatiyası eyni mövqedə dayanır və həmişə abırsız, həyasız, gerçəkliklə üst-üstə düşməyən iddiaları əsaslandırmağa çalışır".






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi