Paşinyanın ƏSGƏR OĞLUNUN macəraları: Xankəndində əyləncə klubu, spirtli içkilər və… - Erməni JURNALİST YAZIR

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət çəkən oğlu ilə bağlı yeni məlumatlar yayılıb.

Ermənistanın Voskanapat.info saytının müxbiri, “Panduxt” imzalı jurnalist Nikol Paşinyanın oğlu ilə bağlı sensasion iddia ilə çıxış edib.

“Ölkəmizin ən ağır vaxtlarında hərbi xidmətdən yayınan “dezertir-baş nazir”in oğlu Aşot Paşinyan yüksək rütbəli mühafizəçi zabitlərin müşayiəti ilə Xankəndi küçələrində gəzərkən görülüb. Başqa vaxt isə Paşinyanın oğlu Xankədinin məşhur Tumanyan 57 küçəsindəki “Florens Qarden” restoranında alkoqollu içkilərlə öz yanını isitdiyi bütün Qarabağ ermənilərinə məlumdur. Bundan başqa, o, alkoqollu içkilərdən sonra ermənilərin sayseçmə qızlarını öz yanına gətizdirir ”-deyə jurnalist qalmaqal yazıb.

 


Xatırladaq ki, Nikol Paşinyanın oğlu Aşot Paşinyan 2018-ci il iyulun 9-da guya ki, öz istəyi ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə könüllü hərbi xidmətə yollanmışdı.

Onun hərbi xidmətini komfortlu şəraitdə keçirməsi, imtiyazlı və zabitlər tərəfindən göz bəbəyi kimi qorunması barədə çoxsaylı məlumatlar verilir.

Ölkə müxalifəti isə Aşot Paşinyanın Qarabağa xidmətə göndərilməsini Nikol Paşinyanın öz reytinqini əldə saxlamaq üçün atdığı addım kimi qiymətləndirir. 






Fikirlər

Şərh müəllifi: Julissa                 Tarix: 6 dekabr 2018 23:01                 [ Cavabla ]
online gambling casino
casino slots
online casino games
casino slots
casino games slots

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi