Yağış, QAR, külək - HAVA PROQNOZU

Image result for Yağış, qar, külək gif

 Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "AzerTaym.az"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi gözlənilir.   

Havanın temperaturu gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 9-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin yanvarın 09-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.






Fikirlər

Şərh müəllifi: replica                 Tarix: 12 yanvar 2019 12:50                 [ Cavabla ]
Ich habe in diesem Online-Shop eine Uhr gekauft und sie meinem Freund gegeben.billigste uhren kaufen Diese Uhr funktioniert gut und die Qualität ist sehr gut. Der Stil der Uhr ist sehr gut, der Preis ist niedrig, es lohnt sich, es lohnt sich zu kaufen.Kopieren Omega De ville Uhren Ich zeige diese Website auf meiner Seite. Freunde um mich herum mieten auch diese Website.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi