Azərbaycanın məşhur qohumları (FOTOLAR)

Azərbaycanın məşhur qohumları (FOTOLAR)

Azərbaycanın incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir.
Qaynarinfo baku.ws-ə istinadən sözügedən məşhurların siyahısını təqdim edir:
Xalq artisti Zeynəb Xanlarova əməkdar artist Mehriban Xanlarovanın bibisidir
Xalq artisti Aygün Kazımova gənc müğənni İlqarə Kazımovanın anasıdır
Telejurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş həm Türkiyədə, həm də Azərbaycanda məşhurdur
Aparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli də məşhur cütlükləır sırasındadırlar
Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallı ər-arvaddır
Mərhum xalq artisti Yaşar Nuri müğənni Rüfət Axundovun dayısıdır
Xalq artistləri Rəfael Dadaşovla Brilyant Dadaşova əmiqızı-əmioğludurlar
R.Dadaşov mərhum Xalq artistləri Məlik Dadaşov və Sofiya Hüseynovanın oğludur
Müğənni Səidə Dadaşova Xalq artisti Rəfael Dadaşovun qızıdır
Xalq artisti Brilyant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir
Əməkdar artist Sevda Ələkbərzadə və müğənni Elmira Ələkbərzadə estradamızın məşhur bacılarıdır
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da ən azı anası qədər məşhurdur
 
"Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev AzTV-nin eks sədri, mərhum professor Elşad Quliyevin oğludur
Xalq artisti Mələkxanım Əyyubova müğənnilər Ramal və Vüsal İsrafilovların bibisidir
 
Mələkxanım həmçinin müğənni Mirkamil Kamilovun xalasıdır
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar bacıdırlar
Əməkdar artist Elza Seyidcahanın dayısı müğənni Elnur Məmmədovun yeznəsidir 
 
Müğənni Elşad Qarayev Rəvan Qarayevin atasıdır
Müğənni Rəqsanə İsmayılova gənc ifaçı Aysunun anasıdır
Müğənni İzzət Bağırovun bacısının həyat yoldaşı tanınmış şair Vüqar Əhməddir
İzzət Bağırov gənc müğənni Almaxanım Əhmədlinin dayısıdır
Tanınmış teleaparıcılar Könül Arifqızı və Murad Arif bacı-qardaşdırlar
Söhbət qohum məşhurlardan gedirsə, əkiz müğənnilər Sevil-Sevinc bacılarını unutmaq günahdır
Sənətçilər Cabbar və Musa Musayev qardaşdırlar. Xalq artisti Niyaməddin Musayev onların əmisidir
Duet ortaqları Musa Musayev və Təranə Qumralın ər-arvad olduğunu deməyə ehtiyac yoxdur
Xalq artisti Ramiz Novruz məşhur stilist Şəfəq Novruzun atasıdır
Aktyor Cavidan Novruz da Ramiz Novruzun oğludur
Müğənni Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov da ifaçıdır
Əməkdar artist Rəhman Rəhmanov müğənni Emil Rəhmanovun atasıdır
Əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahim Çingiz atasının yolunu davam etdirir 
Əməkdar artist Rəfael İsgəndərovun oğlu Fuad vayner kimi tanınır






Fikirlər