İtaliya koronavirusdan ölənlərin sayına görə birinci OLDU!

İtaliya koronavirusdan ölənlərin sayına görə birinci oldu

İtaliyada koronavirusa yoluxanların sayı artaraq 7300 nəfər olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sutka ərzində ölkədə 1,5 min nəfərdə Covid-19-a yoluxma halı qeydə alınıb.

Ölkədə virusdan ölənlərin sayı isə 366 nəfər olub.

Qeyd edək ki, bununla da İtaliya koronavirusdan ölənlərin sayına görə dünyada birinci yerə çıxıb. Ölkədə xəstəliyə yoluxan hər 20-ci adam dünyasını dəyişir. Bu isə 7300 nəfərin 4,96%-i deməkdir. 

 

İkinci yerdə İran (3,6%), üçüncü yerdə Çindir (3,83%).






Fikirlər