ABŞ-da virusa yoluxanların sayı 400 mini ötdü - bir gündə 2 min ÖLÜ

ABŞ-da koronavirus:

ABŞ-da koronavirusa yoluxanların sayı 400 mini ötüb.

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, ötən sutka bu ölkədə rekord sayda - 33,331  yoluxma faktı qeydə alınıb. Bununla da ABŞ-da koronavirs aşkarlananların sayı 400,335-ə yüksəlib. 

 ABŞ-ın anti-rekordu bununla bitməyib. Belə ki, ötən sutka bu ölkədə COVİD-19-dan ölənlər də rekord sayda olub -  1,970. ABŞ bir gündə ölü sayına görə Fransanın (1417) anti-rekordunu qırıb.

 Qeyd edək ki, ötən günün statistikasına əsasən dünyada koronavirusa yoluxanların sayı 1,430,919-a, virusdan ölənlərin sayı 82,034-ə, sağalanların sayı isə 301,905 -ə yüksəlib.






Fikirlər