Bu dəfə Türkiyə Azərbaycana dəstək oldu - VİDEO

Bu dəfə Türkiyə Azərbaycana dəstək oldu

Bu gün axşam saatlarında Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycan bayrağına bürünüb.

"AzerTaym.az" bildirir ki, qüllədə Ümummilli lider Heydər Əliyevin "İki dövlət, bir millət" sözləri öz əksini tapıb.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmuşdu.

 


 






Fikirlər