ŞOK: “Metropark”ın sahiblərindən biri koronavirusdan VƏFAT etdi

ŞOK: “Metropark”ın sahiblərindən biri koronavirusdan vəfat etdi

Rusiyadakı məşhur “Akhmed Fruit Company” şirkətinin təsisçilərindən biri, Bakıda fəaliyyət göstərən “Metropark” ticarət evinin şəriki, tanınmış naxçıvanlı iş adamı Yavər Əsgərov bu gün Sankt-Peterburq şəhərində koronavirus pandemiyasından dünyasını dəyişib.

"AzerTaym.az" bildirir ki, bu barədə Axar.az-a Y.Əsgərovun yaxınları məlumat verib.

Məlumatda qeyd edilir ki, ümumiyyətlə “Akhmed Fruit Company”nin işçiləri arasında da koronavirus yayılıb və müalicə alanların bəzilərinin vəziyyəti ağırdır.






Fikirlər