XALQ ARTİSTİ: “Qayınatam məni çox QISQANIRDI” - VİDEO
Xalq artisti Ofeliya Sənani ATV telekanalına müsahibə verib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi yaradıcılığından və ailə həyatından bəhs edib. O, qayınatası, mərhum Xalq artisti Möhsün Sənanidən danışaraq onun qısqanc olduğunu söyləyib: “Tərəf müqabilim Şahmar Ələkbərov idi. “Dağlarda döyüş” filminə çəkilirdik. Hər gün dublyajda idik. Mövsüm müəllim məni çox qısqanırdı, xasiyyəti başqa idi. Çəkilişdə Ş.Ələkbərova deyirdi ki, o qızın əlindən niyə tutmusan? Burax onun əlini”. Qeyd edək ki, Ofeliya Sənani 1961-ci ildə ssenarist Valid Sənani ilə ailə qurub. Onların bu nikahdan iki övladı var.
VİDEO