Sabiq daxili işlər naziri HƏBS edilib ...

Sabiq daxili işlər naziri həbs edilib

Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insidentlə bağlı bu gün, iyulun 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha üç fəalı, Binəqədi rayon şöbəsinin üzvləri Ramid Nağıyev və Bəxtiyar İmanov, Nəsimi rayon şöbəsinin üzvü İsmayıl Həsənov barəsində Nəsimi rayon Məhkəməsində hakimlər, Azər Tağıyev, Babək Pənahov və Ramin Xəlilovun sədrliyi ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hər üç fəala Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Gununsesi.org bu barədə yerli mediaya istinadən bildirir.

Bununla 10 nəfərə, o cümlədən AXCP fəalları Asif Yusifli, Seymur Əhmədova qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Yerli medianın məlumatına görə, həbs edilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Səyavuş Mustayavev də var.






Fikirlər