Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ÖTDÜ...

Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötdü

Dünyada koronavirusa yoluxma hallarının sayı son sutkada 20 milyonu ötüb.

"AzerTaym.az" bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, hazırda dünyada 20 milyon 162 min 474 nəfər COVİD-19-a yoluxub. İnfeksiya planetin 188 ölkəsində yayılıb. Sutka ərzində daha 214 min 985 nəfərdə virus aşkarlanıb, 4 min 835 nəfər həyatını itirib.

Pandemiyadan indiyə qədər 737 mindən çox xəstə vəfat edib.






Fikirlər