PENTAQONDAN PUTİNƏ ŞOK XƏBƏRDARLIQ – Rusiya ərazisində terror hücumları başlaya bilər

eshton-pentaqon-shefiEşton Karter: «Ruslar tezliklə Suriyada itki verəcə

ABŞ müdafiə naziri Eşton Karter Suriya ilə bağlı son açıqlamasında sensasion iddia səsləndirib. Dünən Brüsseldə NATO müdafiə nazirlərinin yığıncağından sonra keçirdiyi mətbuat konfransında nazir bildirib ki, ruslar tezliklə Suriyada ilk itkilərini verəcəklər. Pentaqon rəhbəri Rusiyanı terror aktlarına hazır olmağa da çağırıb.

 Rusiya ilə əməkdaşlıq etməyəcəyik”Onun sözlərindən belə məlum olub ki, Suriyadakı aviazərbələrə cavab olaraq Rusiyaərazisində terror aktları törədilə bilər: “Mənim gözləntilərimə görə, yaxın günlərdə ruslar Suriyada itki verəcəklər. Rusiya Suriyada hakimiyyətin siyasi yolla ötürülməsi prosesindəiştirak etməəvəzinəƏsədə dəstəyini ikiqat gücləndirdi. Halbuki uzun müddətdir iztirab çəkən ölkəyə bu lazım deyildi. Rusiya IŞID-ə və digər ekstremist qüvvələrə qarşı mübarizəaparacağı ilə bağlı bəyanatından kənara çıxıb. Və hava zərbələrini tamamən başqa hədəflərəendirir. Bu səbəbdən Suriyada vətəndaş müharibəsi bir az da alovlanacaq. Bu yanlış strategiyasının davamında israr etdirdikcə Rusiya ilə əməkdaşlıq etməyəcəyik”.

Karter bildirib ki, ABŞ Suriyadakı IŞID-çilərin mövqelərini bombalamağa və Əsədə qarşı savaşan ölkə müxalifətini dəstəkləməyə davam edəcək: “Biz Rusiya ilə də danışıqları davam etdirəcəyik. Rusiya koalisiya qüvvələrinin təhlükəsizliyinin təminatında və Suriyada hakimiyyətin ötürülməsi prosesində yer almalıdır.

Nazir onu da qeyd edib ki, Rusiya hərbi gəmilər vasitəsilə qanadlı raketlərdən endirdiyi zərbələr barədə ABŞ-a hər hansı məlumat verməyib.

IŞID-i Xəzərdən vuran gəminin komandiri azərbaycanlı imiş

Söhbət, oktyabrın 7-də Rusiya hərbi gəmilərinin Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endirməsindən gedir. Rusiya müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, zərbələr IŞID terror qruplaşmasının mövqelərinə endirilib. Və raket zərbələrindən dinc əhali heç bir zərər görməyib.

Əməliyyatda Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının 4 gəmisi iştirak edib. Ümumilikdə IŞID-in mövqelərinə 26 raket atılıb və qruplaşmanın 1500 kilometr məsafədəyerləşən mövqeləri dəqiqliklə vurulub.

Raket zərbələrini endirən Rusiyanın Xəzər flotiliyasına məxsus “Dağıstan” gəmisinin komandirinin azərbaycanlı olduğu bəlli olub. “vestikavkaza.ru” saytının verdiyi məlumata görə, “Dağıstan” gəmisinə II dərəcəli kapitan Vüsal Miriyev komandanlıq edir. V.Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz Institutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002-2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005-2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildəV.Miriyev “Tatarıstan” keşikçi gəmisinin komandiri, qısa müddət sonra “Dağıstan” raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər.

Rusiya müxalifləri və dinc sakinləri bombalayır”

Dünən Suriya ordusu da rəsmən elan edib ki, IŞID işğalında olan ərazilərin geri qaytarılması üçün irimiqyaslı əməliyyatlara başlayır. Məlum olub ki, əməliyyatlar Həma əyalətində vəIdlibdə aparılıb. Bu ərazilərdə isə IŞID-in yox, müxaliflərin mövqeləri yerləşir.

Bunun ardınca “Reuters” də məlumat yayıb ki, Suriya ordusu Rusiya aviasiyasının yardımı iləmüxaliflərin Əl-Qab və Həmadakı mövqelərinə hücumlar təşkil edib.

Rusiyanın döyüş təyyarələri Idlib şəhərinin cənubunda yerləşən Maasaran əyalətində dinc sakinlərin məskunlaşdığı əraziləri də bombardman edib. Hücumda 6 dinc sakin ölüb, bəziləri ağır olmaqla, 12 nəfər yaralanıb. Yerli mənbələr də təsdiqləyiblər ki, dinc sakinlərin və sivil müxalifətin məskunlaşdığı başqa şəhərlər Rusiyanın hava zərbələrinə məruz qalıb.

Suriya müxalifətinin nəzarətində olan Suqur əl-Gab birliyi dünən Həma yaxınlığında Əsəd rejiminə aid iki vertolyotu vurduğunu açıqlayıb. Bu barədə Azad Suriya Ordusunun komandirlərdən olan Əbu Abdullah məlumat verib: “Rejimə məxsus iki vertolyot müxalif qruplar tərəfindən vurulub. Onlardan biri hadisə yerinə, digəri isə Əsəd qüvvələrinin nəzarətində olan sahəyə düşüb”.

Davudoğlu: “Hava zərbələri IŞID-ə yönəlməyib”

Türkiyənin baş naziri Əhməd Davudoğlu da bildirib ki, Rusiya Suriyada bu günə qədər gerçəkləşdirdiyi hava hücumları zamanı hədəf olaraq IŞID-i yox, müxalifləri götürüb. Zərbələrin demək olar ki, hamısı BəşəƏsəəleyhinə savaşan müxaliflərin cəbhəsinə yönəlib.

Baş nazir onu da bildirib ki, Türkiyə Suriyada Əsədin iştirakı ilə reallaşan bir keçid prosesini qəbul etmir: “Hətta biz qəbul etsək belə, Suriya vətəndaşları qəbul edərlərmi?! Suriyalılar buna inanarmı? Əsəd oradaykən iki milyon suriyalı qaçqın ölkəsinə geri qayıdarmı?! Evini yıxan adam hələ də hakimiyyətdədirsə, bunu bilə-bilə qayıdarmı?!”






Fikirlər